FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi + Fotobackend

FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi + Foto

Ağsu rayon sakini Cahangirov Rəşad Firudin oğlu Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd edib. 

Hokm.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı müstəqil reportyor Fatimə Mövlamlı paylaşıb. Onun sözlərinə görə, Rəşad Cahangirov özünü yandırmaq istəyib. Lakin FHN-nin mühafizəçisi müdaxilə buna imkan verməyib.

Vətəndaşın bu addımına səbəb Ağsuda yaşadıqların evin qəzalı olması, müvafiq qurumların, xüsusilə FHN-nin heç bir tədbir görməməsidir. Rəşad Cahangirov bildirib ki, evi fevral ayından qəzalı vəziyyətdədir və artıq 10-cu aydır ki, hamilə həyat yoldaşı, xəstə atası həmin evdə təhlükə altında yaşayır.

FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi
FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi

 

  •  (0)
  •  (0)