FHN Kəlbəcərdə göldə boğulan hərbçi ilə bağlı məlumat yaydıbackend

FHN Kəlbəcərdə göldə boğulan hərbçi ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi dünən Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Hokm.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi iştirakçısı kapitan İlham Fərzəliyev ötən gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

  •  (0)
  •  (0)