FHN-dən ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində baş vermiş dağıntı və yanğınlar barədə AÇIQLAMAbackend

FHN-dən ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində baş vermiş dağıntı və yanğınlar barədə AÇIQLAMA

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Füzuli rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin yanar konstruksiyaları alovlanıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları və bir otağının yanar konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi söndürülüb.

Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  •  (2)
  •  (2)