FHN-çilərin digər qrupu Marmarisə çatdı – VİDEObackend

FHN-çilərin digər qrupu Marmarisə çatdı – VİDEO

Dənizlidə iki yanğının meydana gəlməsi ilə bağlı Azərbaycandan gələn ikinci yanğınsöndürmə qrupunun bir hissəsi dərhal orada yanğınsöndürmə əməliyyatlarına qoşulub.

Hokm.az xəbər verir ki, bu barədə Marmarisdə olan general Etibar Mirzəyev mediaya açıqlamasında deyib.

O bildirib ki, digər qüvvələr hazırda Marmarisdədir və ilkin dəyərləndirmədən sonra burada yanğınsöndürmə əməliyyatlarına qatılacaq.

xxx

Dənizli istiqamətindən Marmarisə doğru gedərkən söndürülən yanğın yerlərini əməkdaşımız lentə alıb.

Hokm.az xəbər verir ki, hazırda FHN-çilərin ikinci qrupunun bir taqımı Marmarisdəki meşə yanğınlarına müdaxilə etmək üçün bu şəhərə gedir.

Qeyd edək ki, ötən gün gecə Dənizliyə çatan FHN-in ikinci yardım qrupunun bəzi qüvvələri bu şəhərdəki yanğınların genişlənməsi səbəbindən dərhal yanğınsöndürmə əməliyyatına qoşulmuşdular.

Hadisə yerinə general Etibar Mirzəyev də gəlmiş və əməliyyatların koordinasiyasını təmin etmişdi.

Digər qrup isə Marmarisə yola düşüb.

  •  (2)
  •  (1)