“Al Market” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib.
“Report”un xəbərinə görə, bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib.
Qeyd edək ki, “Al Market” şirkətinə Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə cərimə protokolu yazılmışdı.