Fəxrəddin Manafovun SON DURUMUbackend

Fəxrəddin Manafovun SON DURUMU

“Yalan ayaq tutar yeriməz, deyir atalar… Bizdə isə bəzən yalan ayaq tutur, hətta bir az yeriyir də. Elə bugünkü xəbər kimi… Bəzi saytlarda Fəxrəddin Manafovun xəstəliyi ilə bağlı xəbərlər yayıldı. Yazılanlara görə, nəsə allergik xəstəliyə tutulan aktyor təcili xəstəxanaya yerləşdirilib. Açığı, xəbərdən xeyli məyus oldum və aktyorla, daha dəqiq, dostumla əlaqə saxladım.

Hokm.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran instaqramda yazıb.

O, Xalq artistinin vəziyyətinin yaxşı olduğunu bildirib:

“Səsi pis gəlmirdi. Evdə idi, istəmədim qanını qaraldım. Səsindən hiss etdim ki, yayılan xəbərlərdən heç məlumatı belə yoxdur . “Gəl, bir çay içək”, – dedi. Getdim, görüşdük. Nəsə sözlü adama oxşadığımı hiss etdi. Gizlədə bilmədim mən də, xeyli güldük. “Görürsən də ay Nuran… Deyəsən, gündəm yoxdur axı” cavabını verdi”.

Fəxrəddin Manafovun səhhətinin pisləşməsi haqqında məlumatlar yayıldıqdan sonra aktyorla əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verməmişdi.

  •  (1)
  •  (1)