FETÖ lideri Fətullah Gülən Pensilvaniyadakı sarayında zəhərləndi və öldü İDDİASI! – Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbərindən AÇIQLAMAbackend

FETÖ lideri Fətullah Gülən Pensilvaniyadakı sarayında zəhərləndi və öldü İDDİASI! – Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbərindən AÇIQLAMA

Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin Pensilvaniyadakı sarayında zəhərlənərək öldüyü və onu zəhərləyən şəxsin də öldürüldüyü haqda iddialar sosial şəbəkələrin Türkiyə seqmentində gündəm olub.

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı rəsmi Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopur tvitter hesabında açıqlama verib.

“FETÖ-nün zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddiaları yaxından izləyir və araşdırırıq. İddialara mövzu olan hadisələrlə bağlı bölgədəki polis mənbələrində və yerli mediada bir məlumat yoxdur. Lakin, bu o demək deyil ki, sarayda heç bir insident olmayıb, nəsə ola bilər  və bu haqda hələlik polisə məlumat verilməyə bilərlər. Lakin, bunu uzun müddət gizlədə bilməzlər. Qısa vaxtda işin rəngi bəlli olar və biz də məlumat verərik.

Son bir qeyd:  Bu günkü baş verənlərdən başqa, ABŞ-da işlədiyim müddətdə ən çox yaymaq istədiyim xəbər: “FETÖ lideri Gülən öldü””, – deyə Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopur qeyd edib.Avropa.info

  •  (0)
  •  (0)