FETÖ-çü basketbolçu Rokfellerin nəvəsi ilə sevgili oldu – FOTOLARbackend

FETÖ-çü basketbolçu Rokfellerin nəvəsi ilə sevgili oldu – FOTOLAR

NBA-da oynayan və FETÖ lideri Fətullah Gülənə yaxınlığı ilə tanınan türkiyəli basketbolçu Enes Kanter  yeni sevgilisi ilə gündəm olub. 

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, basketbolçu dünyanın ən zəgin ailəsi sayılan Rokfellerlərin nəvəsi Ariana Rokfeller ilə bir eşq yaşamağa başlayıb.

Cütlüyün sosial şəbəkədə paylaşdığı şəkillər aralarındakı münasibəti təsdiqləyıb.

Bəzi xarici idman qəzetləri Portland Trail Blazers klubunda oynayan 28 yaşlı FETÖ qaçağı Enes Kanterin Ariana Rokfeller ilə bir neçə aydır münasibətdə olduğu barədə məlumat yayıb.

Kanter və Rokfellerin heyvan hüquqları mövzusunda ortaq layihələrdə iştirak edərkən tanış olduqları bildirilib.

Qeyd edək ki, 38 yaşlı Ariana Rokefeller, Nyu-Yorkda yaşayır və modelyerdir.

Rokfeller sülaləsinin qurucularından olan Ariana Rokfellerin babası Devid Rokfeller, 22 Mart 2017-ci ildə 102 yaşında vəfat edib.Sülalənin sərvətinin 5 ilə 15 trilyon dollar arasında olduğu təxmin edilir.

Nyu-Yorkda yaşayan, Devid Rokfellerin yeganə nəvəsi Ariana Rokfellerin isə 2,8 milyard dollardan çox şəxsi sərvətinin olduğu deyilir.

  •  (0)
  •  (0)