Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandıbackend

Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı

Yanvarın 23-də dəniz quldurlarının Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücumu nəticəsində öldürülən azərbaycanlı mühəndis 1976-cı il təvəllüdlü Fərman İsmayılov bu gün dəfn olunacaq.

Hokm.az-ın məlumata görə, o, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda F.İsmayılovun cənazəsi Azərbaycana gətirilməsi üçün Türkiyədən yola salınıb.

Qeyd edək ki, hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.Report

  •  (1)
  •  (0)