Fərid Şahbazlı Ermənistanın cəbhədəki təxribatları ilə bağlı Türkiyə mediasına geniş açıqlamalar verib-FOTObackend

Fərid Şahbazlı Ermənistanın cəbhədəki təxribatları ilə bağlı Türkiyə mediasına geniş açıqlamalar verib-FOTO

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri(İGİB), Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı Türkiyə KİV-lərinə geniş açıqlamalar verib. Birliyin mətbuat xidmətinin məlumatına görə, F.Şahbazlı cəbhədə erməni təxribatlarının başladığı ilk gündən etibarən Türkiyənin “A Haber”, “Kanal 24”, “Akit”, “Ulusal”, “TV Net” televiziyalarının müxtəlif proqramlarına dəfələrlə qatılaraq, cəbhədəki son vəziyyət, düşmənin hərbi cinayətləri və Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları haqqında geniş məlumatlar verib.

İGİB sədri eyni zamanda qardaş ölkənin “Haber 7”, “Yeni Şafak” və bir sıra digər informasiya agentliklərinə Ermənistan hərbi təxribatları, mülki şəxs və obyektləri hədəf seçməsi ilə bağlı ətraflı açıqlamalar verib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək. F.Şahbazlı Türkiyə mediasına açıqlamasında deyib ki, hazırda ölkədə iqtidarlı müxalifətli bütün xalq Ali Baş Komandanın ətrafında sıx birləşib və ondan döyüş əmri gözləyir.

F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh yalnız və yalnız Ermənistanın Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxması ilə əldə oluna bilər.

Onun sözlərinə görə, həm döyüşlərdə, həm də beynəxalq müstəvidə uduzan Ermənistanın son çirkin təxribatları düşmənin son çırpıntılarıdır. İGİB sədri qeyd edib ki, Azərbaycan gəncliyi hazırda həm cəbhədə, həm də informasiya müharibəsində əzmlə savaşır.

  •  (0)
  •  (0)