Fərhad Əhmədov onları işlədib pulunu vermədibackend

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov iqamətgahında bir qrup çalışan şəxslərin əmək haqqlarını ödəmir.

Hokm.az xəbər verir ki, bu barədə oxu.az-a şikayətçi Nəriman Qarayev məlumat verib:

“Biz 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus iqamətgahında işləmişik. Bu günə qədər zəhmət haqqımızın bir qismini ala bilməmişik. Fərhad Əhmədovun bizə 300 min dollar borcu var. Dəfələrlə Fərhad Əhmədova və onun səlahiyyətli nümayəndələrinə yazılı və şifahi müraciətlərimizə baxmayaraq məsələ həllini tapmamış olaraq qalır. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov dörd dəfə qeyri-rəsmi yerli, bir dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək, bizə olan borcunu artıq 2 ildir ki, ödəmir”.

  •  (2)
  •  (2)