Cəlilabad rayonunda fəhlələri əkin sahəsindən daşıyan mikroavtobus “Priora” markala minik avtomobili ilə toqquşub.
Hokm.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
Qəza nəticəsində mikroavtobusda olan, rayonun Uzuntəpə kənd sakinləri – 2001-ci il təvəllüdlü A. Heydərova və 1972-ci il təvəllüdlü H.Ağayeva müayinə məqsədilə Cəlilabad rayon xəstəxanasına müraciət ediblər.
Məlumata görə, mikroavtobusun sürücüsü digər avtomobildə olan şəxslər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.///report