Faciəvi şəkildə vəfat edən Vətən Müharibəsi qazisinin FOTOLARIbackend

Faciəvi şəkildə vəfat edən Vətən Müharibəsi qazisinin FOTOLARI

Ötən gün Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzasının baş verməsi barədə məlumat vermişdik.

Hokm.az xəbər verir ki, rayonun Yastıqobu kəndindən keçən yolda “Tofaş” və “VAZ 2107”nin toqquşması nəticəsində vəfat edən Elşən Ağayev Xaçmaz rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi olub. Onun olduğu “Tofaş” Bakı istiqamətində hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Bildirilir ki, Xaçmazın Niyazoba kəndində doğulmuş 1993-cü il təvəllüdlü Elşən Ağayev müharibədən sonra icra hakimiyyətində vəzifəyət yəin edilib.

Hadisə zamanı digər avtomobildə olan 4 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Vəfat edən Vətən Müharibəsi qazisinin bəzi fotolarını təqdim edirik.

publika.az

 

 

  •  (0)
  •  (0)