Faciə yaşayan Pərvin Abıyeva sevgilisindən ayrıldı? – “Mən o qədər insan itirmişəm ki…” – FOTObackend

Faciə yaşayan Pərvin Abıyeva sevgilisindən ayrıldı? – “Mən o qədər insan itirmişəm ki…” – FOTO

Faciə yaşayan Pərvin Abıyeva sevgilisindən ayrıldı?

“Mən artıq qəddar olmuşam. Kiminsə həyatımdan getməsi kefimi pozmur. Bundan əlavə, mən itkinin fərqinə varmıram”.

Hokm.az 7News.Az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında yazıb. Onun bu statusu ayrılıq mesajı verib:

Elə bil ki, siqaret çəkib bitirmişəm. Telefonun susmağı, güclü dayağımın və kömək əlinin uzadılmaması mənə təsir etmir. Başqasının seçimi mənə əziyyət vermir. Mən o qədər insanlar itirmişəm ki, artıq vecsizləmişəm. Bəlkə də, mən buna alışmışam… “.

Qeyd edək ki, Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçirmişdilər.

Yeni il gecəsi başa çatdıqdan sonra Pərvin Abıyevanın sevgilisinin qardaşı Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.

Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlamışdı.

Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

Faciə yaşayan Pərvin Abıyeva sevgilisindən ayrıldı? -

  •  (0)
  •  (0)