Facebook Rusiya ordusuna qarşı “savaşa” başladıbackend

Facebook Rusiya ordusuna qarşı “savaşa” başladı

Facebook şirkətinin məxsus olduğu Meta korporasiyası bəzi ölkələrdən olan istifadəçilərinə Rusiya Federasiyasının hərbçilərinə qarşı zorakılıqla bağlı çağırışlar etməyə icazə verib. Bu qayda yalnız Facebook paylaşımında Rusiyanın Ukraynaya hücumundan və müharibədən bəhs edən statuslarla paylaşımlara aiddir.
Hokm.az Milli.az-a istinadən bildirir ki, Facebook rəhbərliyinin şirkət daxilində əməkdaşlara yorlladığı “nifrətin alovlandırılmasına qarşı siyasətdə müvəqqəti dəyişikliklərlə bağlı” məktubunda deyilir.
Yenilik Facebook-un Azərbaycan, Gürcüstan, Estoniya, Ermənistan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Ukrayna və Slovakiyadan olan istifadəçilərinə aiddir.
“Bu yenilik rusiyalı hərbi əsirlərə qarşı zorakılıq çağırışlarına şamil edilməyəcək”,- məktubda deyilir.
Meta habelə Ukraynadakı “Azov” batalyonunun təriflənməsinə icazə verəcək. Halbuki indiyədək bu, Facebook-da yasaqdı.
Şirkət nümayəndəsi Co Osbornun dediyinə görə, “Azov”la bağlı paylaşımlar “yalnız Ukraynanın müdafiəsi və ya “Azov”un Ukrayna Milli Qvardiyasındakı rolu kontekstində olmalıdır”.
Meta-nın mətbuat katibi Meta Stoun deyib: “Facebook və İnstagram Rusiyanın dinc sakinlərinə qarşı zorakılığa çağırışlara imkan verməyəcəklər. Bəzi ölkələrin vətəndaşları üçün Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışları bundan sonra silinməyəcək, belə çağırışlar edənlərin profillərinə cəza tətbiq edilməyəcək”.
  •  (0)
  •  (1)