Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər – Nazirbackend

Eyni sinifdə oxuyan uşaqlar dərsə fərqli günlərdə gedə bilərlər – Nazir

İbtidai sinif uşaqları hamısı eyni gündə dərsə getməyəcək. Misal üçün sinifdə uşaq çoxdursa onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə 2 və ya üç gün təyin ediləcək.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə əvvəl məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq.

  •  (1)
  •  (0)