ABŞ-dan olan tibb bacısı Liya Tragezer artıq 24-cü dəfə Corc Hamfri ilə ailə qurur və bundan sonra daha 26 dəfə toy etməyi düşünür.

Hokm.az big.az-a istinadən xəbər verir ki, hər il ailə qurmaq bu cütlüyün ənənəsinə çevrilib.
Belə ki, ilk nikahlarının ailələrindən gizlin olduğu üçün gənclər ikinci dəfə “nikah andını” qohumlar arasında oxumalı olublar.

Həmin zaman cütlük müxtəlif ştatların məsul orqanları tərəfindən imzalanan iki sənəd aldıqdan sonra hər il yeni ştatda toy etmək qərarına gəlib.
“Biz hər zaman yeni evlənən cütlük sayılırıq, lakin bu, evliliyə qeyri-ciddi yanaşdığımız anlamına gəlmir. Biz bu yolla münasibətlərimizi daha da möhkəmləndiririk, çünki hər il bir-birimiz qarşısında and içirik. Bu, dəyərlərinizi yenidən qiymətləndirib, sevdiyiniz insana bir dha aşiq olmaq üçün əla fürsətdir”, – deyə Liya izah edib.

Ənənəvi toy mərasimləri çoxlu qonaqların olduğu şənliklə müşayiət olunur.

Liya və Corc hesab edirlər ki, bu yanaşma yaxınlarla birlikdə istirahət etməyə və yeni təəssüratlar əldə etməyə imkan yaradır.


















