Eyni anda qrip və koronavirusa yoluxmaq olur – Yeni xəstəlik YAYILDIbackend

Eyni anda qrip və koronavirusa yoluxmaq olur – Yeni xəstəlik YAYILDI

İsraildə hamilə qadın eyni anda həm qripə, həm də koronavirusa yoluxub. 
Hokm.az xəbər verir ki, ilk dəfə rast gəlinən sözügedən hadisə tibb aləmində marağa səbəb olub. Həkimlər xəstəliyə “flurona” adı veriblər.

 

Xəstələnən qadının peyvənd olunmadığı məlum olub və virusun yuxarı tənəffüs yollarına təsir etdiyi bildirilib. Ana olmağa hazırlaşan qadın hər iki xəstəliyə qısa müddət ərzində qalib gəlib və xəstəxanadan evə buraxılıb.

İsrail Səhiyyə Nazirliyi bu xəstəliklə bağlı araşdırmaların davam etdirildiyini açıqlayıb.Sfera.az

  •  (0)
  •  (0)