“Express Bank”ın durumu necədir? – RƏQƏMLƏRbackend

“Express Bank”ın durumu necədir? – RƏQƏMLƏR

“Express Bank” 2020 ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.

Hokm.az xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 12 mln. 291 min manat azalaraq 6 mln. 829 min manata enib.

AKTİVLƏRİ AZALIB, KREDİT PORTFELİ ƏRİYİB

“Express Bank”ın cəmi aktivləri 25 mln. 190 min manat azalaraq 313 mln. 448 min manata enib. Bunun isə əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 16 mln. 716 min manat azalaraq 194 mln. 422 min manata düşməsidir.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

“Express Bank”ın zəifləməsinə daha bir səbəb bankın cəmi öhdəliklərinin azalması olub. Belə ki, bankın hesabatına görə “Express Bank”ın cəmi öhdəlikləri 2019-cu ilin analoji dövrü ilə müqayisədə 31 mln. 910 min manat azalaraq 192 mln. 340 min manata enib. Azalmanın əsas səbəbi müştərilərin bankda olan pullarını geri çəkməsidir.

Bankın depozit portfeli 1 il ərzində 55 mln. 564 min manat və ya 31% azalaraq 118 mln. 656 min manata enib. Fiziki şəxslərin depozitləri 49 mln. 145 min manat və ya 34% azalaraq 93 mln. 523 min manat, hüquqi şəxslərin depozitləri isə 6 mln. 399 min manat və ya 20% azlaraq 25 mln. 133 min manata enib.

MƏNFƏƏTİ AZALIB

“Express Bank”ın faiz gəliri 39 mln. 192 min manat, faiz xərcləri isə 7 mln. 478 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 31 mln. 714 min manat olub. Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 mln. 711 min manat çoxdur. Bankın qeyri-faiz gəliri 13 mln. 291 min manat, qeyri-faiz xərcləri isə 33 mln. 114 min manat təşkil edib. Nəticədə bankın xalis əməliyyat mənəəti 11 mln. 891 min manat olub.

Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 12 mln. 291 min manat azlaraq 6 mln. 829 min manata enib.

Bankın məcmu kapitalı 6 mln. 895 min manat artaraq 117 mln. 341 min manata çatıb.Valyuta.az

  •  (0)
  •  (0)