Bakının Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 m² olan binanın yanar konstruksiyaları 14 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
















