Əvvəl koronavirus, indi də ölümcül arılar…backend

Əvvəl koronavirus, indi də ölümcül arılar…

Əvvəl koronavirus, indi də ölümcül arılar…

Yeni növ koronavirus infeksiyasının (Covid-19) ən geniş yayıldığı ölkə hal-hazırda ABŞ-dır.

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, ölkədə 1 milyondan çox insan bu virusa yoluxub. Pandemiya qurbanlarının sayı isə artıq 70 minə yaxınlaşır. Belə böyük problemlə yanaşı ABŞ-a bu dəfə arılar hücum edir.

Belə ki, ilk dəfə Asiya qitəsində rast gəlinən və boyu 5 santimetrə çatan eşşək arıları ölkənin paytaxtı Vaşinqtonda görünüb. Mütəxəssislərin sözlərinə görə, bu arıların zəhəri insanlar üçün ölümcül təsirə malikdir.

Hal-hazırda arıların istilasının qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir.

  •  (1)
  •  (0)