“Evinizə xoş gəlmişiniz” – Erməni qadından əsgərlərimizəbackend

“Evinizə xoş gəlmişiniz” – Erməni qadından əsgərlərimizə

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni qadınla azərbaycanlı əsgərlərin söhbəti yayılıb.

Hokm.az xəbər verir ki, əsgərlər işğaldan azad edilmiş torpaqlarda gəzərkən evlərdən birində yaşayan qadına yaxınlaşıblar.

Aznel adlı qadın Ermənistandan olduğunu, orada mağazada satıcı işlədiyini bildirib. O deyib ki, qohumları Ermənistanda yaşayır.

“Biz öz vətənimizdəyik” deyən əsgərlərə erməni qadın “Evinizə xoş gəlmişiniz” cavabını verib.

  •  (0)
  •  (0)