Şəhid Emin İsmayılovun anası kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılır.
Hokm.az xəbər verir ki, anews.az-a açıqlama verən şəhidin xalası bildirib ki, əslən Cəbrayıldan olan Eminin ailəsi Nəsimi rayonu ərazində ana və bala kirayə yaşayırmışlar.
Müharibə başladıqdan sonra döyüşə könüllü gedən şəhid Emin İsmayılov Cəbrayıl uğrunda gedən döyüşlərdə itkin düşüb. Bu yaxınlarda DNT analizi nəticəsində onun nəşi ailəsinə təhvil verilərək dəfn olunub.
Ailənin tək övladı olduğuna görə hazırda tək qalan anasının heç bir gəlir yeri olmadığı və kirayə pulunu ödəyə bilmədiyi üçün ev sahibi şəhidin anasını evdən çıxarır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi bildirdi ki, yaxın zamanda ailənin durumu araşdırılacaq və bu haqda məlumat veriləcək.
















