Evə ehtiyacı olanların nəzərinə – VİDEObackend

Evə ehtiyacı olanların nəzərinə – VİDEO

Azərbaycanda evə ehtiyacı olanların uçotu aparılacaq.

Azərbaycanda vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstəriləcək.

Ekspert Elşad Məmmədov deyir ki, evə ehtiyacı olan şəxslərin uçotunun aparılması hər hansı ev bölgüsü zamanı şəffaflığın təminatçısı olacaq. Çünki yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün də dərc edilməsi nəzərdə tutulub.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və “ASAN Xidmət”ə həvalə olunub.

  •  (0)
  •  (0)