Evdən çıxan məktəbli qız yaddaşsız halda BAŞQA ÖLKƏDƏ tapıldı – FOTObackend

Evdən çıxan məktəbli qız yaddaşsız halda BAŞQA ÖLKƏDƏ tapıldı – FOTO

Almaniyanın Tselle şəhərindən olan məktəbli qız evdən çıxdıqdan iki həftə sonra başqa bir ölkədə tapılıb və yaddaşını itirdiyi məlum olub.

Hokm.az xəbər verir ki, bu barədə “Daily Star” yazır.

Belə ki, 16 yaşlı Izabella O martın 22-də yoxa çıxıb. Səhər onun onlayn dərsləri olub, günortadan sonra isə kiçik qardaşı bacısının evdə olmadığını görüb. Qız öz pulqabısını, mobil telefonunu və açarlarını evdə qoyaraq gedib.

Bir neçə saat sonra evə qayıtmadığını görən valideynlər polisə müraciət ediblər. İki həftə davam edən axtarışlara xidməti itlər cəlb olunub. Onlar qızın izinə düşsələr də, izlər ticarət mərkəzinin yaxınlığında itib.

İki həftə sonra Fransa hökuməti qızın öz evindən 800 kilometr uzaqlıqda, Paris küçələrində tapıldığı barədə məlumat verib.

Polisin sözlərinə görə, İzabellanın bədənində heç bir xəsarət izi olmayıb, lakin o, yaddaşını itirmiş halda olub və kim olduğunu, Fransaya necə düşdüyünü xatırlamayıb.

Evdən çıxan məktəbli qız yaddaşsız halda BAŞQA ÖLKƏDƏ tapıldı - FOTO

Hazırda İzabella tibbi müayinədən keçir. Müalicə olunduğu müddətdə, vəziyyəti düzələnədək ona ailəsi ilə görüşməyə icazə verilmir.

Qızın atası hesab edir ki, yaddaş itkisi pandemiyada tətbiq olunan ciddi məhdudiyyətlərin yaratdığı stress səbəbindən olub. Bu, qızın təhsilinə ciddi təsir göstərib və İzabella psixoloji olaraq yeni reallıqla barışa bilməyib.big.az

  •  (0)
  •  (0)