“Evdəkilər məni küçəyə çıxmağa qoymurlar” – Əməkdar artistbackend

“Evdəkilər məni küçəyə çıxmağa qoymurlar” – Əməkdar artist

“Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyıq”.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Elgizlə izlə” proqramında deyib. Müğənni karantin günlərində evdən çıxmadığını söyləyib:

“Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur”.

Y.Mustafayev “Nə yeyib-içirsiniz? Maddi imkanınız var” sualına “İnsan gərək hər dövrdə nəyəsə hazır olsun. Bu gün yeyim, sabah nə olur-olsun etmək olmaz” cavabını verib.

  •  (0)
  •  (2)