“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.
Hokm.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, ilkin ehtimala əsasən, yanğın bazardakı mağazalardan birində başlayıb: “Bazardakı kafel-metlax mağazalarından birində elektrik naqilləri alışıb. Daha sonra alışma digər mağazalara da keçib və yanğın böyüyüb”.
Qeyd edilib ki, artıq yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
















