“Eurohome” SÖKÜLMƏLİDİR, LAKİN QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR (FOTO,VİDEO)backend

“Eurohome” SÖKÜLMƏLİDİR, LAKİN QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR (FOTO,VİDEO)

Mayın 11-də “Eurohome” tikinti materialları bazarının yanmasından sonra adıçəkilən məkanda qalmaqallar bitmək bilmir.

 

Belə ki, bazar yandıqdan sonra heç bir təhlükəsizlik göstəricilərinə cavab verməyən obyektin rəhbərliyi mağaza sahiblərini bir müddət məkana buraxmayıb.

 

Buna səbəb isə istintaqın getdiyi və bazarın işləmədiyi əsas gətirilib. Müəyyən vaxtdan sonra isə bazar bəzi mağaza sahiblərinin və alıcıların üzünə açılıb.

 

Azmedia.az-ın əldə etdiyi məlumata görə, xeyli mağaza sahibləri, yanğın nəticəsində onlara dəyən ziyanın ödənilməməsi səbəbilə bazar rəhbərliyi ilə razılığa gələ bilməyiblər. Ona görə də bu qism mağaza sahibləri bazara buraxılmayıblar. Əlavə olaraq da yanğınla bağlı istintaq tədbirləri həyata keçirildiyindən, bazarın fəaliyyəti dayandırılıb.

 

Lakin bu günlərdə azmedia.az saytına daxil olan məlumata görə məlum olub ki, “Eurohome” tikinti materialları bazarı normal iş fəaliyyəti ilə məşğuldur. Araşdırma zamanı, rəhbərliklə razılaşmış bəzi mağaza sahiblərinin şəxsi vəsaitləri hesabına bazarın işıq və mühafizə sistemini bərpa etməklə fəaliyyətə başlamaları ehtimalı üzə çıxıb. Hal-hazırda “Ekologiya postu” yaxınlığındakı “Eurohome” tikinti materialları bazarı adi qaydada fəaliyyət göstərir.

 

Məsələ ilə bağlı Respublika Baş Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan bizə bildirdilər ki, baş vermiş yanğın hadisəsinin araşdırılması üçün keçirilən istintaq tədbirləri səbəbilə “Eurohome” tikinti materialları bazarının fəaliyyəti bərpa edilməyib. Əldə etdiyimiz məlumata görə, əslində “Eurohome” tikinti materialları bazarının yaxın vaxtlarda sökləcəyi gözlənilir.

  •  (4)
  •  (1)