Etirazçıların önünə çıxmayan mer işdən qovuldubackend

Etirazçıların önünə çıxmayan mer işdən qovuldu

Qazaxıstanın Atırau şəhər administrasiyasının rəhbəri Kayrat Urazbayev vəzifəsindən azad edilib.

Hokm.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atırauda yanvarın 4-də baş verən mitinq zamanı Urazbayev etirazçıların qarşısına çıxmayıb.

Bildirilib ki, Kayrat Urazbayev dekabrın 31-dən bayram tətilinə, daha sonra isə xəstəliklə bağlı bülletenə çıxıbmış.

  •  (0)
  •  (0)