Etibar Pirverdiyevin oğlu “Porsche” ilə “avtoş”luq etdi: DİN araşdırmalara başladı – YENİLƏNİBbackend

Etibar Pirverdiyevin oğlu “Porsche” ilə “avtoş”luq etdi: DİN araşdırmalara başladı – YENİLƏNİB

“Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır”. 

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb:

“Nəqliyyat vasitəsinin aşkar edilməsi, sürücünün kimliyi ilə bağlı tədbir görülür”.

__________

12:20

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.

99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.

 

  •  (1)
  •  (0)