Əşrəf Qaninin qızının dəbdəbəli həyatı üzə çıxdıbackend

Əşrəf Qaninin qızının dəbdəbəli həyatı üzə çıxdı

Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra prezident Əşrəf Qani ölkəni tərk edərək Tacikistana sığınıb. Lakin  Qanini  ölkəni tərk edərkən  yalnız olması  diqqət  çəkib. 

Hokm.az xəbər verir ki, “New York Post”  qəzeti  Qaninin ailə  üzvlərinin harda olmasını araşdırıb.  Qəzetdə  qeyd olunan məlumata görə,  Əşrəf Qaninin  rejissor qızı Mariam Qani dəbdəbəli həyat tərzi  ilə Nyu-Yorkda görüntülənib.

Belə  ki, Mariam Qani  gecə  saatlarında lüks restoranların birindən çıxarkən jurnalistlərin obyektinə  tuş gəlib. 42  yaşlı Mariam Qani ona verilən sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki,  rəssam, sənətçi  və  rejissor  olan Qaninin  bir çox sənət əsəri dünyanın ən böyük qalereyalarında –  “Guggenheim ve MOMA” və  Londonda yerləşən “Tate Modern”də  nümayiş etdirilir.Unikal.org

  •  (0)
  •  (0)