Əsgərlərimiz azad olunmuş ərazilərdə: “İnşallah Şuşa, Xankəndi tezliklə alınacaq” – VİDEObackend

Əsgərlərimiz azad olunmuş ərazilərdə: “İnşallah Şuşa, Xankəndi tezliklə alınacaq” – VİDEO

Əsgərlərimiz azad olunmuş ərazilərdədir. 

Hokm.az BAKU TV-yə istinadla xəbər verir ki, hərbçilərimiz düşməndən alınan postlarda möhkəmlənib.

“Mənim dayandığım post əvvəllər düşməndə idi. İndi hazırda bu ərazini almışıq. Canımız-qanımız bahasına qoruyuruq və daha da irəliyə getməyə hazırıq. Yaxında Qarabağda öz bayrağımızı taxacağıq”, – deyə Azərbaycan əsgəri söyləyib.

“Hazırda ordumuz döyüşdədir. Dayanmadan irəliləyirik. İnşallah Şuşa, Xankəndi tezliklə alınacaq”, – deyə digər əsgərimiz bildirib.

  •  (1)
  •  (0)