Əsgərlər məni qorumaq üçün… – Mayis Bərxudarovbackend

Əsgərlər məni qorumaq üçün… – Mayis Bərxudarov

Müharibə zamanı əsgərlər məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mayis Bərxudarov AzTV-yə müsahibəsində deyib.

Mayis Bərxudarov qeyd edib ki, müharibədə əsgər və komandirlərin ümumiləşdirici bir adı olur – döyüşçü:

“Əlbəttə ki, əsgərlərimiz hər yerdə komandirlərini qorumağa çalışırlar. Komandirin düşmən gülləsinə tuş gəlməsini istəmirlər. Əsgərlər bir neçə döyüş anında məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Bu qəhrəmanlıqlar unudulmayacaq”.

  •  (0)
  •  (1)