Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDUbackend

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU

Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.

Hokm.az sonxeber.az-a istinadən xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində – Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə – Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.

  •  (3)
  •  (1)