Əsgər yoldaşlarını güllələyən erməni hərbçi həbs olundubackend

Əsgər yoldaşlarını güllələyən erməni hərbçi həbs olundu

Xəbər verdiyimiz kimi, dekabrın 10-u Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrin birində hərbçi əsgər yoldaşlarını güllələyib. Nəticədə, 19 yaşlı əsgər Senik Arzumanyan ölüb, daha iki hərbçi isə yaralanıb.

Hokm.az Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, insidentlə bağlı başladılmış cinayət işi çərçivəsində yoldaşlarını güllələyən hərbçi həbs edilib.

İnsidenti törədən hərbçi bir müddət əvvəl saxlanılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq zamanı bir sıra mühüm hallar aşkar ediblər. Əldə olunan sübutlar əsasında şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o həbs olunub.

  •  (0)
  •  (1)