“Ermənistan vətəndaşları Qarabağa gəlmək, burada ölmək istəmir”.
Hokm.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Şeydayev “ATV Xəbər”ə açıqlamasında deyib:
“Bu yaxınlarda Ermənistanda səfərbərlik oldu. Çağırış zamanı 2000 nəfər lazım olduğu halda, cəmi 300 nəfər toplaya bildilər. Buna görə də, Ermənistan tərəfi terrorçu rejimi qoruyub saxlamaq üçün terror təşkilatları ASALA və PKK üzvlərini döyüşlərə cəlb edir”, – deyə ekspert bildirib.
















