“Əsas dərdimiz pandemiya deyilmiş” – Bill bəşəriyyətə GİZLİ MESAJ verdibackend

“Əsas dərdimiz pandemiya deyilmiş” – Bill bəşəriyyətə GİZLİ MESAJ verdi

“İqlim dəyişikliyinin təsiri pandemiyadan daha çox pis olacaq” – Bill Qeyts

Microsoft qurucusu Bill Qeyta iqlim dəyişikliyinin təsirlərinin pandemiya ilə müqayisədə daha ağır ola biləcəyi barədə xəbərdarlıq edib.

Hokm.az TASS agentliyinı istinadən xəbər verir ki, o, İspaniyanın El Pais qəzetinə verdiyi müsahibədə müvafiq fikri dilə gətirib:

“İqlim dəyişikliyini həll etmək pandemiyadan daha çətindir, amma etməsək, mənfi təsirləri çox pis olacaq”.

Microsoft qurucusu Bill Gates, iqlim dəyişikliyinin təsirlərinin pandemiya ilə müqayisədə daha ağır ola biləcəyi barədə xəbərdarlıq etdi. TASS agentliyi xəbər verir ki, o, İspaniyanın El Pais qəzetinə verdiyi müsahibədə müvafiq fikri dilə gətirib.

“İqlim dəyişikliyinə [problemi] həll etmək pandemiyadan daha çətindir, amma etməsək, mənfi təsir çox pis olacaq” dedi.

Onun sözlərinə görə, “Koronavirus pandemiyası ilə qarşılaşmaq üçün qlobal əməkdaşlığa ehtiyac var”.

“Məlumat paylaşmaq üçün ortaq bir səy vacibdir, çünki bu insanlıq və virus arasında bir mübarizədir və heç bir ölkə özünü təcrid edə bilməz”, –  deyə Qeyts vurğulayıb.

O daha sonra bunları bildirib:

“Növbəti pandemiyaya daha çox hazırlaşmağımızı təmin edəcək çox şey öyrəndik. Düzgün idarə olunduğu təqdirdə itkilərimiz 10 faiz ölümlə nəticələnməyəcək və iqtisadi ziyan indikindən daha az olacaq”.

“Pandemiya heç təsəvvür etmədiyim bir mübahisə və sui-qəsd nəzəriyyəsi yaratdı”, – deyə Microsoft qurucusu etiraf edib. Onun sözlərinə görə, “İnsanlar maska ​​taxmağın və ya bu vərdişi aşılamağın vacib olmadığını düşünürlərsə, problem daha çox ciddiləşəcək. Biz elə bir çətin vəziyyətdən keçdik ki, insanlar sadələşdirilmiş cavablar axtarırdılar”.

Qeyd edək ki, Bill Qeyts və həyat yoldaşı Melinda inkişaf etməkdə olan ölkələrdə təhlükəli xəstəliklərlə mübarizə, ABŞ-dakı sağlamlıq və təhsil proqramlarına yönəlmiş bir xeyriyyə fondunu idarə edirlər. Fond vasitəsi ilə onlar yeni koronavirus növünə qarşı peyvənd hazırlamaq və pandemiyaya ən həssas olan kasıbları dəstəkləmək üçün yüz milyonlarla dollar ayırıblar.konkret.az

  •  (0)
  •  (1)