“Əminəm ki, burada aparılan müzakirələr bizi qlobal gündəmin əsas mövzularına dair yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək”.
Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq etməlidir.
“Bu mənada Qlobal Bakı Forumu əla platformadır, biz burada müxtəlif tərəflərdən fərqli mövqelər eşidirik”, – deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, tədbirin gündəliyində duran məsələlərdən biri də aparıcı beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının ərzaq böhranının öhdəsindən gəlməsi ilə bağlıdır.
“Çünki ərzaq böhranı qaçılmazdır”, – deyə İlham Əliyev əlavə edib. ///oxu.az