Ersin Tatar Roma Papasını Quzey Kıbrısa dəvət etdibackend

Ersin Tatar Roma Papasını Quzey Kıbrısa dəvət etdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Roma Papası Fransiski ölkəyə səfərə dəvət edib. 

Hokm.az xəbər verir ki, “Kiprin yunan icmasının səlahiyyətliləri pontifikin Kiprə başlayan üç günlük səfərindən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar. Bu addım Kipr yunanlarının liderlərinin dini inanclar mövzusunda oynadığının daha bir sübutudur ki, bu da dərin təəssüf doğurur”, – deyə Tatar bildirib.

Onun sözlərinə görə, KKTC bütün dinlərin nümayəndələrinə hörmət nümayiş etdirir.

Papa Fransiskin yalnız Kıbrısın cənub bölgəsinə səfər etməsi də çox təəssüf doğurur. Adada iki xalq yaşayır: təkcə yunan xristianları deyil, həm də müsəlman türklər. Bu, Kıbrısın əsas reallıqlarından biridir”, – deyə prezident vurğulayıb.

O, ümidvar olduğunu bildirib ki, pontifik Lefkoşanın səmimi dəvətinə müsbət cavab verəcək və özünün də dəfələrlə bəyan etdiyi bütün dindarlara bərabər münasibət nümayiş etdirəcək.

  •  (1)
  •  (0)