Ersin Tatar: “Cümhuriyyəti yaşatmaq şəhidlərimizə sədaqət borcudur” – Quzey Kıbrısda anım tədbirləri (FOTO)backend

Ersin Tatar: “Cümhuriyyəti yaşatmaq şəhidlərimizə sədaqət borcudur” – Quzey Kıbrısda anım tədbirləri (FOTO)

21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar dünən səhər saatlarında Lefkoşa Şəhidlər Anıtı önündə və Atatürk Mədəniyyət Mərkəzində (AKM) anma mərasimi keçirilib. 

Hokm.az xəbər verir ki, Şəhidlər abidəsi önündə keçirilən mərasimdə protokola uyğun olaraq abidə önünə əklillər qoyulub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himninin müşayiəti ilə bayraqlar qaldırılıb.

Xatirə kitabını imzalayan Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar xatirə kitabına bunları yazıb:

“Vətən bildiyimiz bu torpaqda Kıbrıs türk xalqının şərəfini, ləyaqətini, azadlığını və istiqlaliyyətini qoruyub saxlamaq yolunda canınızı könüldən fəda edərək şəhidlik məqamına ucaldınız. Kıbrıs türk xalqını məhv etmək və Kıbrısı yunan adası etmək üçün 58 il əvvəl başlayan yunan hücumlarına qarşı Türk Müqavimət Təşkilatının liderliyində böyük müqavimət göstərərək, Kıbrısdakı türk varlığını qoruyaraq adanın Yunanıstana bağlanmasının qarşısını aldınız. Həyatınız bahasına göstərdiyiniz böyük fədakarlıqdan və göstərdiyiniz əfasanəvi dirənişdən sonra Kıbrıs türk xalqı bu gün öz vətənlərində, öz dövlətinin çətiri altında, suveren və azad yaşayır. Biz şəhidlərimizi unutmamışıq, heç vaxt da unutmayacağıq. Siz Kıbrıs Türk xalqının qəlbində əbədi yaşayacaqsınız. Şəhidlərimizi rəhmətlə yad edərkən, biz də sizin mənəvi hüzurunuzda hörmətlə baş əyirik. Ruhunuz şad olsun”.

Lefkoşa AKM-də təşkil edilən anma mərasimində çıxış edən prezident Ersin Tatar çıxışına əvvəlki gün Muratağa Sandallarda dövlət mərasimi ilə dəfn edilən 11 şəhid övladı üçün başsağlığı verərək başlayıb.

Ölkədə çoxlu qırğınların yaşandığını açıqlayan Tatar yunan-rum ikilisinin adanı Yunanıstana bağlamaq cəhdlərini “insani olmayan” adlandırıb.

1960-cı il Konstitusiya müqavilələrinə işarə edən Tatar Kıbrıs türklərinin bir xalq olaraq varlığının bu müqavilələrlə qəbul edildiyini bildirib. Tatar, “qaniçən Pastor Makarios” adlandırdığı Kipr Cümhuriyyətinin lideri Makariosun yuxarıda adı çəkilən razılaşmaların mürəkkəbi qurumadan əvvəl verdiyi açıqlamaları xatırladıb.

Tatar Makariosun Kipr Cümhuriyyətini adanı Yunanıstanla birləşdirəcək tramplin kimi gördüyünü açıq şəkildə ifadə etdiyini bildirərək, “O gündən etibarən Kıbrıs türkləri təşkilatlarının və Türkiyənin dəstəyi ilə soyqırıma qarşı mübarizələrini davam etdirməyi bacardılar.  Çox əziyyət çəkdik, çox göz yaşı tökdük, amma ümidimizi heç vaxt itirmədik. Biz həmişə Toroslara baxdıq, Toroslardan gələcək müjdələrə baxdıq”. Tatar 1974-cü il Mutlu Barış Hərəkatı ilə Kıbrıs Türk xalqının müstəqilliyinə, azadlığına və ləyaqətli həyata qovuşduğunu vurğulayıb.

Şəhidlərin fədakarlığı nəticəsində bir dövlətin yarandığını və hazırda Kıbrıs türk xalqının müstəqil və azad yaşadığını qeyd edən Prezident Tatar, əgər bir razılaşma olarsa, bunun iki ayrı suveren dövlətin əməkdaşlığına əsaslana biləcəyini söyləyib:

“Ana Vətən Türkiyə bu mübarizədə hər zaman yanımızda olub və olmaqda davam edir”.

Əsas məsələnin dövlət, suverenlik, istiqlaliyyət və Türkiyə ilə qırılmaz bağlarımızı gücləndirmək olduğunu deyən Tatar pandemiyanın və iqtisadi böhranın gətirdiyi çətinliklərə baxmayaraq, dövləti və birliyi qoruyub saxlamağın vacibliyini vurğulayıb.

Bu torpaqda var olmaq uğrunda mübarizədə hər kəsin üzərinə düşəni etməli və heç vaxt ümidsiz qalmamalı olduğunu ifadə edən Tatar, Cümhuriyyəti yaşatmağın şəhidlərə sədaqət borcu olduğunu ifadə edərək çıxışını yekunlaşdırıb.

  •  (0)
  •  (0)