Ersin Tatar beynəlxalq ictimaiyyətə çağırış etdibackend

Ersin Tatar beynəlxalq ictimaiyyətə çağırış etdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Rum lideri Nikos Anastasiadisin açıqlamalarına cavab verib. 

Hokm.az xəbər verir ki, Ersin Tatar açıqlamasında beynəlxalq istimaiyyətə çağırış edib.

“Rum lideri Nikos Anastasiadisin hədsiz və nəzarətsiz bəyanatları Kipr türk xalqını təhqir etməklə yanaşı, həm də özünü təhqir edən vəziyyətə çevrilib”, -deyə o bildirib.

Ersin Tatar, Anastasiadisin “adanın tək sahibi” kimi Quzey Kıbrıs Türk Cümhuriyyətinin  ikitərəfli münasibətlərinə belə müdaxilə etmək hüququna malik olduğunu və yaratdığı bu virtual fantastikanı gerçəkmiş kimi apara biləcəyini düşündüyünü bildirib:

““Kıbrıs Türk xalqı, Rum rəhbərliyinin 1963-cü ildən bəri həyata keçirdiyi qeyri-insani təcrid siyasəti ilə haqsız yerə sıxışdırılır. KKTC 1963-cü ildən bəri Kıbrıs türk xalqına qarşı tətbiq edilən qeyri-insani təcrid və məhdudiyyətlərə qarşı hər şəraitdə yanımızda olan və heç bir dəstəyi əsirgəməyən Ana Vətənimiz Türkiyə ilə birlikdə mübarizəni davam etdirəcək.

Dövlətlər arasında ikitərəfli protokol olan 2022 İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu, xüsusilə Covid-19 və Ukraynadakı savaşın ağır nəticələrini bütün dünya ilə hiss etdiyimiz bu dövrdə xalqımıza xeyir verəcək tədbirlərin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Onun verdiyi açıqlamalardan da anlaşıldığı kimi, iqtisadiyyatımızı inkişaf etdirmək məqsədi ilə hazırlanan bu protokolun Anastasiadisi çox narahat etdiyi görünür”.

KKTC lideri, “rum liderin seçimi Kıbrıs Türk xalqının iqtisadi çətinliyinin artması, özəlliklə, ən önəmli sektorlarımızdan biri olan turizmin bundan mənfi təsirlənməsi və beləliklə, onlara, yəni rum tərəfinə möhtac duruma düşməyimizdir”, deyib.

“Göründüyü kimi, Anastasiadis yaxın həmkarları olan üç rum lider namizədinə təbliğat materialı verməyi özünə tapşırıb. Seçki prosesinə yeni girən Kipr rum tərəfinin əsl siması hər keçən gün daha da aydınlaşacaq. Bu nöqtədə beynəlxalq ictimaiyyətə belə bir çağırış etmək istərdik: Rum lider namizədlərinin ritorikasını yaxından izləyin. Bu, sizə hazırkı Rum rəhbərliyi və onun gələcək liderinin Kıbrıs adası, Kıbrıs probleminin gələcəyi və bölgəmizlə bağlı baxışları haqqında aydın mesajlar verəcək”, -deyə Ersin Tatar bildirib.

  •  (0)
  •  (0)