Ermənistanın yeni ombudsmanı seçildibackend

Ermənistanın yeni ombudsmanı seçildi

Ermənistanın yeni ombudsmanı seçilib.

Hokm.az xəbər verir ki, yanvarın 24-də Ermənistan parlamentində yeni ombudsmanın seçilməsi üzrə gizli səsvermə keçirilib.

Səsvermə nəticəsində hakim “Mülki müqavilə fraksiyasının namizədi, ədliyyə nazirinin müavini Kristine Qriqoryan yeni ombudsman seçilib.

Müxalifət “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları seçkini boykot edib. Qriqoryan hakim fraksiyanın verdiyi 68 səslə bu vəzifəyə seçilib.

Səsvermədən sonra yeni ombudsman parlamentdə and içib. Kristine Qriqoryan bu vəzifədə 2016-cı ildən Ermənistanın ombudsmanı vəzifəsində çalışan Arman Tatoyanı əvəz edəcək. Arman Tatoyan qatı anti-Azərbaycan mövqeyi ilə seçilirdi və bir çox məsələdə Paşinyan hakimiyyətinə problemlər də yaradırdı.Publika.az

  •  (0)
  •  (0)