Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edibbackend

Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edib

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib.

Qeyri-rəsmi görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, əməkdaşlıqla bağlı cari gündəlik və əlaqələrin daha da dərinləşdirilməsi üzrə perspektivlər müzakirə olunub.

  •  (0)
  •  (0)