Ermənistanın müdafiə naziri Rusiyaya getdibackend

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib.

Hokm.az Unikal.orga istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq.

Ermənistan müdafiə nazirinin Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.

Xatırladaq ki, iyulun 27-də Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər etmişdi.

  •  (0)
  •  (0)