“Ermənistanın başından elə vurmuşuq ki, ayıla bilmir” – Prezidentbackend

“Ermənistanın başından elə vurmuşuq ki, ayıla bilmir” – Prezident

Bizdə dəqiq məlumatlar var ki, Ermənistan ordumuz qarşısında diz çöküb. Amma yenə də öz niyyətindən əl çəkmir, o atəşkəsdən istifadə edərək, yenidən silahlanmaq istəyir.

Hokm.az xəbər verir ki, bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Ermənistanın başından elə vurmuşuq ki, ayıla bilmir:

“Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən rəhbər indi hamıya yalvara-yalvara qalıb. Bir tərəfdən atəşkəs istəyirlər, digər tərəfdən Ermənistana silah göndərirlər. Əgər atəşkəs istəyirsinizsə, Ermənistana silah verməyin.

Ermənistanı xilas etmək istəyirsinizsə, o təlxəyə deyin dərhal torpaqlarımızdan çıxsın”.

  •  (0)
  •  (0)