Ermənistanın Baş Qərargah rəisinin müavini də saxlanıldıbackend

Ermənistanın Baş Qərargah rəisinin müavini də saxlanıldı

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.

Hokm.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, onun evində axtarış aparılır.

Daha əvvəl Qalstyan keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirilib. Sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda mənimsəmə şübhəsi ilə həbs edib. Ardınca “Patron Davo” kimi tanınan iş adamı David Qalstyan saxlanılıb. Onun barəsində məhkəmə həbs qərarı çıxarıb.Unikal.org

  •  (0)
  •  (0)