“Müharibə zamanı xalq olaraq hamımız Bayraktar haqqında düşünürdük”.
Hokm.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryan deyib.
O bildirib ki, Bayraktarlar hava məkanının qorunmadığını sübut etdi.
“Biz, parlamentin deputatları heç bir fəaliyyət göstərmədi. Deputatlar səhərdən axşama kimi Feysbukdan çıxmırdı, ordunun problemlərini sosial şəbəkələrdə “həll edirdilər”, – erməni deputat ironiya ilə bilirib.
















