Ermənistanda yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ, 2 nəfərin boğazını kəsdilər – TƏFƏRRÜATbackend

Ermənistanda yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ, 2 nəfərin boğazını kəsdilər – TƏFƏRRÜAT

Aprelin 28-də Ermənistanın Gavar şəhərində 2 nəfərin öldüyü, daha bir neçəsinin yaralandığı silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, İstintaq Komitəsi 19 nəfərə qarşı ittihamlar irəli sürüb.

Təqsirləndirilən şəxslər bir qrup şəxs tərəfindən əmlakın dağıdılması və zor tətbiq edilməsi ilə baş verən kütləvi iğtişaşlar faktı üzrə cinayət işinə cəlb edilib. İki nəfərin qətli ilə bağlı istintaq davam edir.

Bu istiqamətdə ibtidai istintaq tamamlanıb.

Qeyd edək ki, ölən şəxslərin qohumlarının soyuq silahlarla xəstəxanaya gələrək cinayət törədən yaralılara hücum etməsindən sonra olay böyümüşdü. Hüquq mühafizə orqanlarının əlavə qüvvələri şəhərə cəlb edilmiş, mümkün iğtişaşlar halında bütün yerli polis resursları səfərbər olunmuşdu. Gavar xəstəxanası mühasirəyə alınmışdı.

Hadisə Ermənistan cəmiyyətində böyük rezonans doğurmuşdu.

  •  (0)
  •  (0)