Ermənistanda sürətli bahalaşma gedir – Təkcə yumurtanın qiyməti…backend

Ermənistanda sürətli bahalaşma gedir – Təkcə yumurtanın qiyməti…

Ermənistanın istehlak bazarında 2020-ci ildə 2019-cu ilə nisbətən qiymətlər orta hesabla 3,7% artıb.

Hokm.az xəbər verir ki, təkcə dekabr ayında inflyasiya 3,4% olub.

Ən böyük bahalaşma Vaqarşapatda qeydə alınıb. Paytaxt İrəvanda isə bu, 3,3% səviyyəsində olub.

2020-ci ilin dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida və alkoqolsuz içkilərin qiymətləri 4,9%, alkoqollu içkilərin və tütün məhsullarının qiymətləri isə 10,4% artıb. Beləliklə, il ərzində çörək məhsulları və dənli bitkilər 7,4% bahalaşıb, süd məhsulları, pendir və yumurta qrupunda artım 5,8% olub. Təkcə 1 ay üçün yumurta (dekabr, noyabrla müqayisədə) 13,1% bahalaşıb.

2020-ci ilin dekabr ayında benzin və dizel yanacağının qiyməti noyabr ayı ilə müqayisədə müvafiq olaraq 4,1% və 2,9% artıb.

Göstərilən xidmətlər sahəsində ötən il tariflər 2019-cu ilin dekabr ayı ilə müqayisədə 1,6%, noyabrla müqayisədə 0,3% yüksəlib.Publika.az

  •  (0)
  •  (0)