Ermənistanda qan çatışmazlığı yaranıbbackend

Ermənistanda qan çatışmazlığı yaranıb

Ermənistanda qan qıtlığı yaranıb. Bununla əlaqədar olaraq ölkənin Səhiyyə Nazirliyi donor qan ehtiyatlarının doldurulması çağırışı ilə əhaliyə müraciət edib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

“Lazımi qan tədarükünü doldurmaq üçün könüllü qan donorluğuna çağırış edirik. Yalnız bunun sayəsində insan həyatı xilas ola bilər”, – deyə nazirliyin yaydığı məlumatda bildirilir.

Çağırışda həmçinin qan qrupu və rezus-faktorun əhəmiyyət kəsb etmədiyi vurğulanıb.

  •  (1)
  •  (0)